Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib

Tokio, 11 sentyabr , /AJMEDIA/

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.
AJMEDIA xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin sonuncu turunun oyununda nail olub.
D qrupunda mübarizə aparan millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.
Millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni “Avro-2005″də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan “Avro-2023″ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts