Qadın şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında fərdi lövhələrdə medallara layiq görülüblər

Tokio, 11 avqust , /AJMEDIA/

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında turnir boyu layiqli mübarizə sərgiləyən Azərbaycanın qadın millisi fərdi lövhələrdə medallara layiq görülüblər.
AJMEDIA xəbər verir ki, Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız olimpiadanı 16 xalla 7-ci sırada başa vurublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts