Site icon AJMEDIA Azərbaycanca

Qadın cüdoçularımız dünya çempionatına Yaponiyada hazırlaşırlar

Tokio, 9 aprel , /AJMEDIA/

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli komandası Yaponiyada təlim-məşq toplanışında iştirak edir.
Azərbaycan Cüdo Federasiyasından AJMEDIA-ya bildirilib ki, aprelin 22-dək davam edəcək hazırlıq prosesinə milli komandamızın altı üzvü qatılıb. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı mayın 7-13-də Qətərın paytaxtı Dohada keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Exit mobile version