Qadın boksçular arasında dünya çempionatı təxirə salınıb

Tokio, 11 Noyabr, /AJMEDIA/

İstanbulda keçirilməsi planlaşdırılan qadın boksçular arasında dünya çempionatı epidemioloji vəziyyətə görə 2022-ci ilin mart ayına təxirə salınıb.

AJMEDIA xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AIBA) mətbuat xidməti məlumat yayıb.

AIBA prezidenti Umar Kremlyev qeyd edib ki, yarışda iştirak edənlərin sağlamlığı təşkilat üçün birinci yerdədir: “Bəzi komandalar artıq dünya çempionatına hazırlaşırdılar, təbii ki, onlar məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritetdir, ona görə də risk edə bilmərik”.

Qeyd edək ki, dünya çempionatının 2021-ci il dekabrın 6-dan 19-dək İstanbulda keçirilməsi planlaşdırılırdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts