“Qətər-2022”: İran millisinin qapıçısı mundialla vidalaşıb

Tokio, 22 noyabr , /AJMEDIA/

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının birinci turu çərçivəsində İngiltərə ilə oyunda zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
AJMEDIA xəbər verir ki, 30 yaşlı qolkiper mundialın qalan matçlarını buraxacaq.
“Persepolis”in qapıçısı görüşdə komanda yoldaşı ilə toqquşaraq zədələnib. Matçı davam etdirə bilməyən Beyrənvand ehtiyat qapıçı Hüseyn Hüseyni ilə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts