“Qətər-2022”: Bu gün qrup mərhələsində üçüncü tura start veriləcək

Tokio, 29 noyabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün üçüncü tura start veriləcək.
AJMEDIA xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
A qrupu çərçivəsində Ekvador-Seneqal və Niderland-Qətər oyunları keçiriləcək. “Xəlifə” stadionunda oynanılacaq Ekvador-Seneqal matçını fransalı Kleman Türpen idarə edəcək. “Əl Beyt” stadionunda keçiriləcək digər matç isə Bakari Qassamaya (Qambiya) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hesabında 4 xal olan Niderland və Ekvador yığmaları qrupda ilk iki pillədə yer alıblar. Seneqal seçməsi 3 xalla üçüncü, hələ xal qazana bilməyən Qətər isə sonuncudur.
B qrupu çərçivəsində isə İran-ABŞ və Uels-İngiltərə matçları oynanılacaq. Hər iki oyuna saat 23:00-da start veriləcək. İran-ABŞ qarşılaşması “Al Tumama”, Uels-İngiltərə görüşü isə “Əhməd ibn Əli” stadionunda keçiriləcək.
Qrupa 4 xalla İngiltərə millisi başçılıq edir. Hesabında 3 xal olan İran ikinci, 2 xalla ABŞ üçüncü, 1 xalı olan Uels isə sonuncudur.
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts