Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində aparılan arxeoloji araşdırmaların nəticələri müsbət qiymətləndirilib

Tokio, 28 iyun , /AJMEDIA/

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, o, şəhərin Səlbir ərazisində Azərbaycan arxeoloqlarının, həmçinin Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının 2009-2019-cu illər ərzində Antik və orta əsrlər dövrünə aid aşkara çıxardıqları tikili qalıqları, müdafiə divarları, istehsalat və məişət qurğuları, qəbirlər, şəhərin su təchizatı sistemi ilə yerində tanış olub.
Antik və İlk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Ceyhun Eminli və Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının Koreya heyətinin rəhbəri, professor Kim Jonq İl Səlbir ərazisində aparılan tədqiqatlar haqqında geniş məlumat verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlar barədə fikir mübadiləsi aparıblar.
Abbas Seyidov arxeoloji araşdırmaların nəticələrini müsbət qiymətləndirib və gələcəkdə də Səlbir ərazisində tədqiqatların miqyasının genişləndiriləcəyini vurğulayaraq, görüləcək işlərə institut tərəfindən hər cür dəstəyin veriləcəyini bildirib.
Qeyd edək ki, 2009-2019-cu illər ərzində Səlbir ərazisində 5 min kvadratmetrdən artıq ərazidə arxeoloji tədqiqatlar aparılıb və 2 min kvadratmetrdən artıq ərazi konservasiya edilib.
Qədim Qəbələ şəhərinin Çaqqallı, Səlbir və Qala, həmçinin ətrafda olan Kamal təpəsi, Şəhidlər qəbiristanlığı, Bayır şəhər kimi digər arxeoloji sahələr də daxil olmaqla, ümumilikdə 430 hektardan artıq ərazi keçən əsrin 70-ci illərində qoruq kimi qeydə alınıb. Hazırda isə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun nəzdində dövlət tərəfindən mühafizə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts