“Qəbələ” klubu heyətinə yeni futbolçu cəlb edib

Tokio, 6 fevral , /AJMEDIA/

“Qəbələ” klubu heyətinə yeni futbolçu cəlb edib.
AJMEDIA kluba istinadla xəbər verir ki, “Qəbələ” qış transfer pəncərəsində Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalayıb.
İyirmi beş yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts