“Qəbələ” klubu braziliyalı hücumçu ilə birillik müqavilə imzalayıb

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
AJMEDIA xəbər verir ki, “Qəbələ” yay transfer dövründə beşinci futbolçunun keçidini gerçəkləşdirib.
Braziliyalı hücumçu Ramon Maçado 2022-2023-cü il mövsümündə komandanın formasını geyinəcək. Otuz bir yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
R.Maçado karyerası ərzində Almaniyada “Reqensburq”, Braziliyada “Esportivo”, “Lajeadense”, “Santa Kruz”, “Boa Esporte”, “Brazil de Pelotas”, “Ponte Preta”, “Yuventud”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botofoqo” klublarında forma geyinib. O, 2021/2022-ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts