“Qəbələ” – “Hayduk” matçını idarə edəcək hakimlər müəyyənləşib

Tokio, 29 sentyabr , /AJMEDIA/

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin birinci mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
AJMEDIA xəbər verir ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Arda Kardeşler olacaq. Ona Mehmet Emin Tugral və Süleyman Özay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu (Azərbaycan) yerinə yetirəcək.
Oyun saat 17:00-da start götürəcək.
Komandalar arasında ilk oyunda “Qəbələ” 0:3 hesabı ilə məğlub olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts