Tokio, 2 aprel , /AJMEDIA/
“Crocus City Hall”da bu yaxınlarda baş vermiş faciəli hadisələrin Rusiyada ksenofobiya və islamofobiyanın güclənməsinə rəvac verməsi yolverilməzdir.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin RF Daxili İşlər Nazirliyinin genişləndirilmiş kollegiya iclasındakı çıxışında bildirib.
Putin diqqəti dövlətin və cəmiyyətin maraqları və təhlükəsizliyinin təmin edilməsinin, ölkədə etnik və dinlərarası anlaşmanın qorunub saxlanılmasının vacibliyinə çəkib.
Rusiya Prezidenti qeyd edib ki, qeyri-qanuni miqrasiya risklərini aradan qaldırmaq üçün mövcud elektron məlumat bazaları kifayət etmir. O deyib: “Prinsipcə, yalnız bizim ənənələrimizə, dilimizə, mədəniyyətimizə hörmət edənlər Rusiyada yaşamağa və çalışmağa gəlməlidir. Bu prinsip həlledici olmalıdır”.