Site icon AJMEDIA Azərbaycanca

Prezident: Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb

Tokio, 13 yanvar, /AJMEDIA/

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.

“Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir ”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlığa diqqət çəkib.

Exit mobile version