Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

Tokio, 26 mart , /AJMEDIA/

Azərbaycan Brüssel prosesini dəstəkləyir.

AJMEDIA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts