Prezident İlham Əliyev: Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir

Tokio, 14 sentyabr , /AJMEDIA/

Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir.

AJMEDIA xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts