Site icon AJMEDIA Azərbaycanca

Prezident İlham Əliyev: Ölkələrimizin bir-birindən uzaqda yerləşməsi əməkdaşlığımıza mane olmamalıdır

Tokio, 7 mart , /AJMEDIA/

Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır.
AJMEDIA xəbər verir ki, bunu Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə deyib.
“Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Exit mobile version