Site icon AJMEDIA Azərbaycanca

Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Tokio, 18 mart , /AJMEDIA/

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.

Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Exit mobile version