Praqada Retro Musiqi Festivalının açılışı olacaq

Tokio, 20 iyul , /AJMEDIA/

İyulun 19-da Praqada Retro Musiqi Festivalının açılışı olacaq.
AJMEDIA xəbər verir ki, festivalın açılışında Flamandiyanın “Dionisos Nau” qrupu çıxış edəcək.
Festivalın ilk akkordları Emmaus monastırında səslənəcək. İfaçılar öz musiqi nömrələrini tamaşaçılara burada təqdim edəcəklər.
Sonrakı konsertlər Straqov və Brjevnov monastırlarında, habelə müqəddəs Simon və İuda kilsənin qəsrində keçiriləcək.
İspaniyanın “La Bellemnot” triosu barokko musiqisini ifa edəcək, daha sonra almaniyalı soprano vokalçı Anna-Lena Elbert çıxış edəcək.
Qeyd edək ki, avqustun əvvəlinə qədər davam edəcək festivalın sonunda Çexiyanın “Kollegium Marianum” qrupu və italyalı opera müğənnisi Roberta Mameli Vivaldinin və Gendelin əsərlərini ifa edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts