Polşa Prezidenti: Hazırda raketlərin kim tərəfindən buraxılmasına dair tutarlı sübutlar yoxdur

Tokio, 16 noyabr , /AJMEDIA/

Hazırda raketlərin kim tərəfindən buraxılmasına dair tutarlı sübutlar yoxdur, araşdırmalar davam edir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Andrjey Duda hökumətin Milli Təhlükəsizlik və Müdafiə Bürosunun təcili iclasından sonra mətbuat açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu qəbildən oxşar hadisələrin baş verəcəyinə dair heç bir əlamət yoxdur.
Məlumat verildiyi kimi, noyabrın 15-də yerli vaxtla saat 15.00-da Ukrayna ilə sərhəddə yerləşən Przevoduv kəndi (Lublin regionu, Hrubieşuv rayonu) ərazisinə iki raket düşüb, nəticədə iki nəfər həlak olub.
A.Duda, həmçinin bildirib ki, Polşa ərazisinə düşən raketlərin Rusiya istehsalı olduğu güman edilir. Lakin atışın mənbəyi hələlik məlum deyil və hadisə yerində olan təhqiqatçıların işinin nəticəsini gözləmək lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts