Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Tokio, 29 avqust , /AJMEDIA/

Müsabiqədə uğur qazanan namizədlərin peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesi avqustun 30-dək davam edəcək.

Bu barədə AJMEDIA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu prosesində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri də iştirak edirlər. Ödənişli əsaslara peşə təhsili almaq hüququ qazanmış tələbələrə təhsil tələbə kreditinin yaratdığı imkanlar haqqında məlumat verilir, müraciət prosesi valideyn və tələbələrə izah olunur.

Namizədin göstərilən tarixədək sənədlərini qəbul olunduğu peşə məktəbinə təqdim etməməsi həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts