Pekində son 45 ilin ən güclü şaxtaları qeydə alınıb

Tokio, 25 yanvar , /AJMEDIA/

Çin paytaxtının meteorologiya xidmətləri yanvarın 25-də 1978-ci ildən bu yana ən güclü şaxtaları qeydə alıb.
AJMEDIA Çin mediasına istinadla xəbər verir ki, son günlər Pekində şaxtalı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında termometrlər mənfi 16,7 dərəcəni göstərib.
Bir müddət öncə ölkənin şimal-şərqində yerləşən Heyluntszyan əyalətinin Mohe şəhərində temperatur mənfi 53 dərəcəyə enib. Bu isə son 54 ilin rekord göstəricisidir. Belə ki, 1969-cu ildə havanın temperaturu mənfi 52,3 dərəcəyə düşmüşdü.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts