Site icon AJMEDIA Azərbaycanca

“Pekin-2022”: Yaponiya snoubordçusu Ayumu Hirano Olimpiya çempionu olub

Tokio, 11 fevral, /AJMEDIA/

Yaponiya idmançısı Ayumu Hirano ölkəsinə “Pekin-2022” Qış Olimpiya Oyunlarında ikinci qızıl medalı qazandırıb.

AJMEDIA xəbər verir ki, A.Hirano snoubordun hafpayp növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Avstraliya idmançısı Ceyms gümüş, isveçrəli Yan Şerrer bürünc medala sahib olublar.

Hazırda Yaponiya komandasının aktivində 2 qızıl, 2 gümüş və 4 medal var.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Exit mobile version