Paytaxt müəllimləri üçün “Biliyini paylaş” layihəsinə başlanılıb

Tokio, 22 noyabr , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsinə start verilib.
Bu barədə AJMEDIA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, iki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.
Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatlı olan, layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşdiriləcək.
Layihədə iştirak etmək istəyən müəllimlər noyabrın 25-dək Təşkilat Komitəsi tərəfindən ümumi təhsil məktəblərinə göndərilmiş sorğuda iştirak edəcəklər.
İkinci mərhələdə Təşkilat Komitəsi tərəfindən elektron ünvanına təsdiq cavabı göndərilən müəllimlər “Biliyini paylaş” layihəsinin iştirakçısı olacaq. Layihənin fəal iştirakçıları BŞTİ tərəfindən təltif ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts