Paşinyan sabiq deputatın şirkətini kokain qaçaqmalçılığında ittiham edib

Tokio, 24 may , /AJMEDIA/

Ermənistanın respublikaçılar partiyasından olan sabiq deputata məxsus şirkət ötən həftə müsadirə olunmuş 250 milyon avro dəyərində kokain partiyasını ölkəyə qaçaqmalçılıq yolu ilə keçirib.
AJMEDIA xəbər verir ki, sabiq deputata qarşı bu ittihamı baş nazir Nikol Paşinyan parlamentin iclasında səsləndirib.
“Göründüyü kimi, bir ton kokainin sahibi parlamentin respublikaçılar fraksiyasının sabiq deputatına məxsus banan idxalı ilə məşğul olan şirkətdir”, – deyən Paşinyan onun axtarışda olduğunu bildirib.
Baş nazir eks-deputatın adını çəkməyib, amma güman olunur ki, söhbət 2017-2019-cu illərdə deputat kreslosu tutmuş Miqran Poqosyandan gedir. O, 2019-cu ildən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə axtarışdadır.
Xatırladaq ki, mayın 17-də Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları Ekvadordan respublikaya göndərilmiş 250 milyon avro dəyərində kokain partiyasını ələ keçiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts