Site icon AJMEDIA Azərbaycanca

“Paris-2024”: Triatlon yarışı Sena çayının çirklənməsi səbəbindən təxirə salınıb

Tokio, 30 iyul , /AJMEDIA/

Paris Olimpiya Oyunlarının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin qeyri-qənaətbəxş olması səbəbindən kişilər arasında triatlon yarışının təxirə salındığını elan ediblər.

AJMEDIA “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “World Triathlon” və “Paris-2024”ün təşkilatçıları iyulun 30-da yerli vaxtla səhər saat 8-də keçirilməli olan yarışın ertəsi gün saat 10:45-də – qadın triatlonundan dərhal sonra təşkil ediləcəyini bəyan ediblər.

Təşkilatçılar qeyd ediblər ki, hər iki yarışdan əvvəl Sena çayında suyun “World Triathlon”un standartlarına uyğun olması yoxlanılacaq.

Exit mobile version