“Paris-2024”: Azərbaycan cüdoçusunun görüş zamanı çiyni sınıb

Tokio, 1 avqust, /AJMEDIA/

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, ilkin müayinələrə əsasən, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançının çiynində sınıq olduğu müəyyən edilib.

Bildirilib ki, cüdoçunun sağlamlıq durumu ilə bağlı yekun rəy MRT-dən sonra veriləcək.

Qeyd edək ki, Elcan Hacıyev 1/16 finalda türkiyəli Mixael Zqanka qalib gəlib. Növbəti mərhələdə fransalı Maksim-Qael Hambuya uduzan idmançı turnirlə vidalaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts