Tokio, 30 avqust , /AJMEDIA/
Fransanın paytaxtı Parisdə parataekvondo üzrə dünya Qran-Prisi keçirilir.
Milli Paralimpiya Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran mötəbər yarışda Azərbaycan yığması da iştirak edir.
Millimizin üzvləri Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) medal uğrunda mübarizə aparacaqlar.