Site icon AJMEDIA Azərbaycanca

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

Tokio, 3 dekabr , /AJMEDIA/

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində parlamentin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

AJMEDIA xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də deputat Valter Armes San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha 3 nəfər həlak olub”, – deyə məlumatda bildirilir.

Həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

“Ultima Hora” qəzetinin məlumatına görə, təyyarə havaya qalxarkən ağaca dəyib.

Exit mobile version