Paralimpiyaçılarımız ilk dəfə qış idman növləri üzrə dünya çempionatında iştirak edirlər

Tokio, 10 yanvar, /AJMEDIA/

Paralimpiyaçılarımız ilk dəfə olaraq qış idman növləri üzrə dünya çempionatında iştirak edirlər.

AJMEDIA xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında Norveçin Lillehammer şəhərində keçirilən dünya çempionatında mübarizə aparırlar.

Yanvarın 23-dək davam edəcək çempionat “Pekin-2022” Qış Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 4-13-də Çinin paytaxtı Pekində keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts