Site icon AJMEDIA Azərbaycanca

Papua-Yeni Qvineyada 5,2 bal gücündə zəlzələ olub

Tokio, 1 noyabr , /AJMEDIA/

Papua-Yeni Qvineyanın şimal-şərq sahillərində, Morobe vilayətinin inzibati mərkəzi yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

AJMEDIA-nın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri adanın sahillərində, 100 min insanın yaşadığı Lae şəhərindən 100 km cənub-qərbdə olub. Ocağl 60 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Exit mobile version