Tokio, 12 noyabr , /AJMEDIA/
Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən Rabaul şəhərindən 113 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Zərər çəkən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.