Site icon AJMEDIA Azərbaycanca

Pakistanın sabiq prezidenti vəfat edib

Tokio, 5 fevral , /AJMEDIA/

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda xəstəxanada vəfat edib.

AJMEDIA xəbər verir ki, bu barədə Pakistan KİV-lərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Pərviz Müşərrəf Pakistanda 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. O, 2001-2008-ci illərdə prezident olub. Pərviz Müşərrəf impiçment təhlükəsi ilə bağlı parlamentin təzyiqi ilə istefa verməyə məcbur olub. Sonra o, korrupsiyada və konstitusiyanı pozmaqda ittiham olunub.

Exit mobile version