Pakistanın İstanbuldaki Baş konsulu: Qardaş ölkə, qardaş xalq olaraq biz bu Qələbəyə Azərbaycan xalqı ilə birgə sevinirik

Tokio, 9 Noyabr, /AJMEDIA/

Bu gün Azərbaycanın tarixi Zəfər Gününü qeyd edirik. Qardaş ölkə, qardaş xalq olaraq biz bu Qələbəyə Azərbaycan xalqı ilə birgə sevinirik. Pakistanla Azərbaycan arasında əsrə bərabər tarixi əlaqələr var. Bu əlaqələr son illərdə və xüsusilə Azərbaycan torpaqlarını işğaldan azad edilməsi və şanlı Zəfərin əldə olunmasından sonra daha da möhkəmlənib. Ölkələrimiz arasındaki əlaqələrin daha da inkişaf edəcəyinə əminik.

Bu sözləri İstanbulda keçirilən Zəfər bayramında AJMEDIA-ya açıqlamasında Pakistan İslam Respublikasının İstanbuldaki baş konsulu Bilal Xan Paşa söyləyib.

Gələcəkdə ölkələrimzi və xalqlarımız arasındakı əlaqələrin daha da sıxlaşacağına əmin olduğunu bildirən Baş konsul deyib: “Pakistanla Azərbaycan arasında birbaşa uçuşların olmasını çox istəyirik. Ölkələrimiz arasındaki əməkdaşlıqların artması turizm, qarşılıqlı səyahət kimi bir çox imkanların da artması deməkdir. Bir zamanlar çox uğurlu ticarət yolu olan tarixi İpək yolu çox yaxında Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq. Bir daha dost və qardaş Azərbaycanı tarixi Zəfər Günü münasibətilə təbrik edirəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts