Pakistanın Baş naziri Şahbaz Şərif Çində rəsmi səfərdədir

Tokio, 2 noyabr , /AJMEDIA/

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Çin Xalq Respublikası Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyanın dəvəti ilə Çində rəsmi səfərdədir.
AJMEDIA xəbər verir ki, noyabrın 2-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Pakistanın Baş naziri Şahbaz Şərifin görüşü olub. Liderlər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən Çin-Pakistan İqtisadi Dəhlizi (ÇPİD) üzrə strateji tərəfdaşlığı genişləndirməyi qərara alıblar. Si Cinpin və Şahbaz Şərif iki ölkə arasında iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, habelə regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Pakistanın Baş naziri Şahbaz Şərif Çin Kommunist Partiyasının 20-ci qurultayından sonra Çinə səfər edən ilk xarici ölkə lideridir.
Baş nazir Şahbaz Şərif səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında ÇPİD-in ikinci mərhələsinin Pakistan xalqının rifahını yüksəldəcək yeni bir sosial-iqtisadi inkişaf dövrü açacağını gözlənildiyini deyib. O, dünyanın müxtəlif çağırışlarla üzləşdiyi bir dövrdə Pakistan və Çinin dost, tərəfdaş kimi qaldıqlarını bildirib.
Geniş heyətlə Çinə səfər edən Pakistanın Baş nazirinin çinli həmkarı Li Keçyan ilə də görüşü nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts