Pakistanın Baş naziri Rusiya Prezidentinin Məhəmməd peyğəmbər haqqında bəyanatlarının müsəlman dünyasında geniş dəstəkləndiyini qeyd edib

Tokio, 18 yanvar, /AJMEDIA/

Pakistanın Baş naziri İmran xan Rusiya Prezidentinin Məhəmməd peyğəmbər haqqında bəyanatlarının müsəlman dünyasında geniş dəstəkləndiyini vurğulayıb.

AJMEDIA-nın məlumatına görə AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Pakistan İslam Respublikasının Baş naziri İmran xan arasında telefon söhbət olub.

Mətbuat xidmətinin məlumatında deyilir: “İmran xan vurğulayıb ki, Rusiya Prezidentinin dekabrın 23-də keçirilmiş illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və sosial qrupun ləyaqətini alçaldan hər hansı hərəkətlərin yolverilməz olması barədə bəyanatları Pakistan cəmiyyətində və bütövlükdə müsəlman aləmində geniş dəstək tapıb. Vladimir Putin bu kontekstdə xatırladıb ki, Rusiya Federasiyası tarixən çoxmillətli və çoxkonfessiyalı dövlətdir, orada müxtəlif dinlərə, o cümlədən İslam dininə etiqad bəsləyən xalqlar ənənəvi olaraq dinc yanaşı yaşayır və qarşılıqlı fəaliyyət göstərir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts