Site icon AJMEDIA Azərbaycanca

Pakistanın Baş naziri: Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyirik

Tokio, 16 sentyabr , /AJMEDIA/

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif öz tviter hesabında Azərbaycanla həmrəylik ifadə edən və Ermənistanın təxribatını qınayan paylaşım edib.
AJMEDIA paylaşımı təqdim edir: “Əziz qardaşım Prezident İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.

Exit mobile version