Pakistanda partlayış nəticəsində doqquz polis əməkdaşı həlak olub

Tokio, 6 mart , /AJMEDIA/

Pakistanda polis avtobusunun partladılması nəticəsində hüquq-mühafizə orqanlarının doqquz əməkdaşı həlak olub, 13 nəfər yaralanıb.
AJMEDIA “Dawn” qəzetinə istinadla xəbər verir ki, partlayış martın 6-da Bəlucistan əyalətində Kaçni və Sibi rayonlarını birləşdirən körpüdə baş verib. İlkin versiyaya görə, terrorçu-kamikadze avtobusun yaxınlığında özünü partladıb.
Yaralılar xəstəxanaya çatdırılıb, hadisə yeri əhatəyə alınıb, oraya istehkamçılar cəlb olunub. Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts