Site icon AJMEDIA Azərbaycanca

Pakistanda ölkəmizin milli və mədəni dəyərləri təbliğ olunub

Tokio, 20 mart , /AJMEDIA/

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərinin Serena mehmanxanasında keçirilən “Novruz və Yaz Festivalı” adlı mərasimdə iştirak edib.

AJMEDIA xəbər verir ki, mərasimdə Azərbaycan səfirliyi ilə yanaşı, Novruz bayramını qeyd edən digər ölkələrin – Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın səfirlikləri də iştirak edib.

Xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatlarının, ictimaiyyətin və media mənsublarının qatıldığı tədbirdə ölkəmizin səfirliyi Azərbaycanın mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə milli yeməklərini təqdim edib, turizm potensialı ilə bağlı fotolar və əyani materiallar nümayiş etdirib.

Exit mobile version