Pakistanda daşqınlar bir sutkada 54 nəfərin həyatına son qoyub

Tokio, 15 sentyabr , /AJMEDIA/

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar son sutka ərzində azı 54 nəfərin həyatına son qoyub.
AJMEDIA xəbər verir ki, bu barədə Sinxua agentliyi Pakistanın təbii fəlakətlərlə mübarizə Milli idarəsinə (HDMA) istinadla məlumat yayıb. Ölkənin cənubunda yerləşən Sind əyalətində 44 nəfər, Bəlucistanda isə 8 nəfər həlak olub. Ölənlər arasında 18 uşaq və qadının olduğu bildirilir.
NDMA-nın son məlumatına əsasən, Pakistanda iyunun ortalarından bəri davam edən musson yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayı ümumilikdə 1481 nəfərə çatıb, 12 min 748 nəfər xəsarət alıb.
Təbii fəlakətdən zərər çəkmiş rayonlarda axtarış-xilasetmə əməliyyatları davam edir. Əməliyyatlara Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri, ordu aviasiyası və könüllülər də cəlb olunub
Avqustun əvvəlində hökumət yaranmış ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts