Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb

Tokio, 22 mart , /AJMEDIA/

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
AJMEDIA CNN-ə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Şərafət Zaman Amar azı 4 nəfərin öldüyünü, 70 nəfərin isə yaralandığını bildirib.
Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin əməkdaşı Şəfiullah Rəhimi isə axtarış-xilasetmə qruplarının daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayının arta biləcəyini deyib. “Zəlzələdən zərər çəkmiş bəzi rayonlar mərkəzdən uzaqda yerləşir və mobil telefon xidməti yoxdur”, – deyə Rəhimi bildirib.
Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.
ABŞ Geoloji Xidməti 6,5 bal gücündəki zəlzələnin episentrinin Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd dağlıq Hindukuş bölgəsində Jurm şəhərindən 40 kilometr cənub-şərqdə olduğunu bildirib. Zəlzələ Yerin 188 kilometr dərinliyində baş verib və geniş ərazidə hiss edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts