Pakistan Rusiyadan sərfəli qiymətə neft və qaz almağa hazırdır

Tokio, 29 noyabr , /AJMEDIA/

Pakistan Rusiyadan xam neft və neft məhsulları alacağı təqdirdə hər il 2 milyard dollardan çox vəsaitə qənaət edə biləcək.
AJMEDIA “The Express Tribune” qəzetinə istinadla xəbər verir ki, Rusiyadan neft məhsullarının idxalı İslamabadın valyuta ehtiyatlarına təzyiqi azaldacaq.
Mütəxəssislərin sözlərinə görə, Pakistanın neft emalı zavodları Rusiyadan sərfəli qiymətə xam neft, neft məhsulları və təbii qaz almağa hazırdır. Bu, həmin müəssisələrə dünya bazarında enerji daşıyıcılarının qiymətinin artması fonunda xərclərini azaltmağa imkan verəcək.
Pakistanın neft naziri Musadiq Malikin başçılıq etdiyi nümayəndə heyəti neft tədarükü ilə bağlı danışıqlar aparmaq üçün dünən Moskvaya səfər edib. “Tərəflər xam neft və neft məhsullarının tədarükünə dair sazişin bağlanması imkanlarını müzakirə edəcək. Danışıqlar uğurlu olsa, ikitərəfli enerji layihələrinin həyata keçirilməsi məsələsində sıçrayışa nail olunacaq”, – “Express Tribune” qəzetinin həmsöhbətləri belə deyib.
Pakistanın maliyyə naziri İshaq Dar bir müddət əvvəl ölkəsinin Rusiyadan onun qonşu Hindistana satdığı qiymətə neft almaq barədə düşündüyünü bildirmişdi.
Bundan başqa, Pakistan 2015-ci ilin oktyabrında Rusiya ilə imzaladığı və uzunluğu təqribən 1,1 min kilometr, ötürmə qabiliyyəti isə 12,4 milyard kubmetr olan Şimal-Cənub qaz kəmərinin (“Pakistan axını”) tikintisinə dair hökumətlərarası sazişin həyata keçiriləcəyinə ümid edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts