Site icon AJMEDIA Azərbaycanca

Özünü qazi kimi təqdim edərək dilənən şəxs saxlanılıb

Tokio, 3 may , /AJMEDIA/

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Exit mobile version