Özbəkistanın xarici ticarət dövriyyəsi 32,65 milyard dollardır

Tokio, 22 Noyabr, /AJMEDIA/

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 32, 65 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,55 milyard dollar çoxdur.

AJMEDIA xəbər verir ki, bu haqda Özbəkistanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu il Özbəkistanın ən çox xarici ticarət dövriyyəsi Çin Xalq Respublikası, Rusiya, Türkiyə, Qazaxıstan, Koreya Respublikası və Qırğızıstanla olub. Qeyd edilir ki, hazırda Özbəkistanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqəsi var.

Bu ilin 10 ayında Özbəkistanın Müstəqil Dövlətlər Birliyinin ölkələri ilə xarici ticarət dövriyyəsi 12,34 milyard dollar olub. Bunun 4,29 milyardı ixrac, 8,4 milyardı isə idxal əməliyyatlarının payına düşür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts