Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib

Tokio, 17 yanvar, /AJMEDIA/

Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki soydaşımız Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib.

AJMEDIA xəbər verir ki, alim bu ada Yunanıstandakı Ümumdünya Fəlsəfə Forumu və Sokrat Fəlsəfə Məktəbi tərəfindən layiq görülüb.

Ümumdünya Fəlsəfə Forumunun fəxri prezidenti, Sokrat Fəlsəfə Məktəbinin rektoru, Afina Akademiyasının üzvü Evandelos Mutsopulosun imzası ilə həmyerlimizə sertifikat göndərilib. Sertifikatda bildirilir ki, Səxavət Ociyev elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə bu ada layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts