Özbəkistanın enerji təminatında problemlərlə bağlı bir qrup məmur həbs olunub

Tokio, 12 dekabr , /AJMEDIA/

Özbəkistanda qaz və elektrik enerjisi təminatında baş verən problemlər səbəbindən vilayət və rayonların energetika müəssisələrinin bir qrup rəhbəri həbs edilib.
AJMEDIA UzA informasiya agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar arasında Daşkənd və Yangiyol rayonlarının qaz təchizatı müəssisələrinin və Gülüstan rayonunun elektrik şəbəkəsi müəssisəsinin rəhbərləri də var. Hazırda onlara qarşı cinayət işi başlanılıb.
Həbs edilən məmurların tam siyahısı açıqlanmayıb.
Özbəkistanda dekabrın ilk günlərində güclü qar və şaxta ilə əlaqədar qaz və elektrik enerjisi istehlakı kəskin artıb. Nəticədə hakimiyyət orqanları elektrik enerjisinin növbəli kəsilməsi sistemini tətbiq etməyə və yanacaqdoldurma məntəqələrinin işini məhdudlaşdırmağa məcbur olub. Həmçinin Özbəkistan qaz ixracını tamamilə dayandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts