Özbəkistanda Əlişir Nəvainin 580 illiyi ilə bağlı keçirilən konfransın bağlanış mərasimi olub

Tokio, 28 Noyabr, /AJMEDIA/

Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə bağlı təşkil olunan konfransın Daşkənddə bağlanış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, Nəvai adına Özbəkistan Opera və Balet Teatrında keçirilən mərasimdə xarici qonaqlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbirə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Qalib Sayılov da qatılıblar.

Özbəkistan Prezidentinin müşaviri Abdujabbor Abduvaxidov böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin dünya ədəbiyyatının inciləri sırasına daxil olduğunu bildirib, bir çox ölkələrdə şairin əsərlərinin tədqiq və çap edildiyini diqqətə çatdırıb.

Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Türkiyənin Əski Çanaqqala Universitetinin professoru Əbdürrəhman Gözəl və Ramiz Əskər Əlişir Nəvainin yaradıcılığı, şairin dünya ədəbiyyatının inkişafındakı xidmətləri haqqında söhbət açıblar.

Ramiz Əskər bildirib ki, Nizami Gəncəvidən sonra çox “Xəmsə” yazılıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu dörd şairdən üçü türk mənşəlidir. Şairlərin üçü “Xəmsə”ni farsca, təkcə Əlişir Nəvai türkcə yazıb.

Tədbir böyük konsert proqramı ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts