Özbəkistan və Çin müntəzəm aviareysləri bərpa edib

Tokio, 10 yanvar , /AJMEDIA/

Özbəkistan və Çin koronavirus pandemiyası ilə əlaqədar üçillik fasilədən sonra müntəzəm aviareysləri yanvarın 10-dan etibarən bərpa edib.
AJMEDIA xəbər verir ki, Özbəkistan mediası bu barədə “Uzbekistan Airways” aviakompaniyasının administrasiyasına istinadla məlumat yayıb.
“Yanvarın 10-da yerli vaxtla saat 02:10-da pandemiya ilə əlaqədar üçillik fasilədən sonra Özbəkistanın aviadaşıyıcısı Daşkənd-Pekin-Daşkənd marşrutu üzrə ilk müntəzəm sərnişin reysini həyata keçirib”, – deyə aviakompaniyanın nümayəndəsi bildirib. Yanvarın sonunadək bu marşrutla uçuşlar həftədə bir dəfə, fevralda isə həftədə iki dəfə həyata keçiriləcək.
Özbəkistanla Çin arasında müntəzəm hava əlaqəsi 2020-ci ilin fevralında dayandırılıb. Uçuşların bərpası Çinin pandemiya məhdudiyyətlərini yumşaltmasından sonra mümkün olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts