Özbəkistan Prezidenti Beynəlxalq Türk İqtisadi Forumunun hər il keçirilməsi təşəbbüsünü irəli sürüb

Tokio, 11 noyabr , /AJMEDIA/

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Beynəlxalq Türk İqtisadi Forumunun hər il keçirilməsi təşəbbüsü ilə çıxış edib.
AJMEDIA xəbər verir ki, Özbəkistan Prezidenti böyük potensial və imkanlarından tam istifadə olunmayan TDT-nin ticarət-iqtisadi əməkdaşlığının gücləndirilməsinin zəruriliyini bildirib.
“Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi xarici ticarətin ümumi həcminin cəmi 4 faizini təşkil edir. Qalanı isə üçüncü ölkələrin payına düşür. Təbii ki, heç birimiz bu vəziyyətlə qane ola bilmərik”, – deyə Şavkat Mirziyoyev vurğulayıb.
Özbəkistan Prezidenti bu strateji istiqamətdə vəziyyəti kökündən dəyişmək, ticarətin, investisiyaların və xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədilə TDT çərçivəsində “Yeni iqtisadi imkanlar məkanı”nın yaradılması təşəbbüsünü irəli sürüb.
Həmin planı həyata keçirmək üçün təşkilata üzv ölkələrin və müşahidəçilərin, eləcə də dünya biznesinin aparıcı nümayəndələrinin fəal iştirakı ilə hər il Beynəlxalq Türk İqtisadi Forumunun keçirilməsini təklif edən Şavkat Mirziyoyev deyib: “Forum çərçivəsində “dövlət və biznes” formatında birgə tədbirlərin təşkili, sahibkarların görüşlərinin və dəyirmi masaların, innovativ layihələrin təqdimatlarının və sərgilərin keçirilməsi böyük praktiki nəticə verəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts