Özbəkistan əhalisinin sayı 36 milyonu keçib

Tokio, 10 dekabr , /AJMEDIA/

Dekabrın 9-u üçün ilkin hesablamalara görə, Özbəkistanın daimi əhalisinin sayı 36 milyonu keçib.
AJMEDIA Özbəkistan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, kişi cinsindən olan əhalinin sayı 18,1 milyon, qadın cinsindən olan əhalinin sayı 17,9 milyon nəfərdir.
2022-ci ilin əvvəlində Özbəkistanın daimi əhalisinin sayı 35,271 milyondan çox olub (o cümlədən kişi cinsindən olan 17,744 milyon nəfər və qadın cinsindən olan 17,527 milyon nəfər).
2021-ci ildə Özbəkistanın daimi əhalisinin sayı 712,4 min nəfər və ya 2,1 faiz artıb.
Daimi əhali dedikdə siyahıyaalma vaxtı konkret yaşayış məntəqəsində və ya ərazidə daimi yaşayanların, o cümlədən müvəqqəti orada olmayanların sayı nəzərdə tutulur.
Dövlət Statistika Komitəsində bildiriblər ki, Özbəkistan əhalisinin sayına görə dünyada 41-ci yeri tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts