Site icon AJMEDIA Azərbaycanca

Özbəkistanın əhalisi 35 milyonu ötüb

Tokio, 11 yanvar, /AJMEDIA/

Bu il yanvarın 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 35 milyon 271 min 276 nəfərə çatıb.

AJMEDIA Özbəkistan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən il ərzində ölkə əhalisi 2 faiz artıb. Qeyd olunur ki, ötən il yanvarın 1-də Özbəkistanın əhalisi 34 milyon 558 min 913 nəfər olub.

Bildirilir ki, hazırda Özbəkistanın şəhərlərində 17,9 milyon, kənd yerlərində isə 17,4 milyon insan yaşayır.

Exit mobile version