Tokio, 26 aprel , /AJMEDIA/
Özbəkistan “Qazpromneft” ilə 2023-cü ildə 300 min ton neft idxalı barədə razılığa gəlib.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin baş idarəsinin rəisi Adhamjon Ubaidullayev bildirib.
O, bu barədə üç günlük “Innoprom. Mərkəzi Asiya” sərgisində məlumat verib.
Xatırladaq ki, ötən ilin dekabrında Özbəkistan və Qazaxıstan qaz anbarlarının modernləşdirilməsi və tikintisi, Özbəkistanı enerji ilə təmin etmək üçün Qazaxıstanda kömürlə işləyən istilik elektrik stansiyasının tikintisi barədə razılığa gəliblər.